Tayvanda 6,7 bal gücündə zəlzələ qeydə alınıb

Tarix: 27 Dec 2025 21:04

Tayvan sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı liman şəhəri Cilundan 63 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 68 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər Lenti