KİV: Putin Belarusu hücumlar və hərbi ssenarilər üçün dayaq nöqtəsi kimi görür

Tarix: 28 Dec 2025 00:18

Belarus Rusiyanın Ukraynaya qarşı hücumları, eləcə də NATO-ya yönəlik potensial hərbi ssenarilər üçün plasdarm rolunu oynamaqda davam edir.

APA xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Müharibənin Öyrənilməsi İnstitutuna istinadən (ISW) məlumat yayıb. Məlumata görə, bu, Ukraynanın qərb vilayətlərində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə endirilən son zərbələrlə də təsdiqlənir.

ISW analitiklərinin fikrincə, Rusiya Belarus ərazisində hərbi infrastrukturu fəal şəkildə genişləndirir və bu ölkədən Ukraynaya qarşı təcavüzü dəstəkləmək, eləcə də NATO-ya qarşı mümkün gələcək hərbi ssenarilər üçün şərait yaratmaq məqsədilə istifadə edir.

Son məlumatlara görə, Rusiyaya məxsus “Şahed” tipli pilotsuz uçuş aparatları Ukraynanın qərbində yerləşən dəmir yolu obyektlərinə zərbələr endirir. Hücumlar Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün Belarus istiqamətindən həyata keçirilir.

Xəbər Lenti