Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək

Tarix: 08 Jan 2024 14:16

“ASAN xidmət” mərkəzlərində seçicilərə "ASAN növbə" cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlamaq üçün imkan yaradılıb.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır: “İnanırıq ki, "ASAN xidmət" mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçilər həm də ənənəvi olaraq dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istfiadə etdiyi “ASAN xidmət” mərkəzləri daha geniş imkanlar yaradır”.

Xəbər Lenti