, 28 Dekabr, 2025
Tarix: 28 Dec 2025 08:24
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziyyət qeyri-sabit olaraq qalır və dayanıqlı sülhün təmin edildiyini demək hələ tezdir.
APA xəbər verir ki, o, bu barədə TASS-a 2025-ci ilin yekunlarına dair müsahibəsində danışıb.
“Qəzzada vəziyyət hələ də kövrəkdir. Dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir”, – deyə nazir vurğulayıb.
Lavrov əlavə edib ki, atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar mütəmadi daxil olur, humanitar yardımın gətirilməsi və paylanması isə ciddi məhdudiyyətlərlə üzləşir.