, 28 Dekabr, 2025
Tarix: 28 Dec 2025 08:53
ABŞ-da güclü qar yağışı səbəbindən gecikən aviareyslərin sayı 5 mini ötüb. APA xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.
Məlumata görə, şənbə günü 5 588 reys gecikmə ilə üzləşib, daha 862 reys isə ləğv edilib.
ABŞ-ın şimal-şərq bölgəsində bu həftə bol qarla müşayiət olunan qış havası hökm sürür. ABC News telekanalının bildirdiyinə görə, Nyu-York ştatında cümə günü yağıntının həcmi 15 sm-ə çatıb. Yerli hakimiyyət orqanları vətəndaşları zərurət olmadıqca səfərlərdən çəkinməyə çağırır.