, 28 Dekabr, 2025
Tarix: 28 Dec 2025 11:30
Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy