, 28 Dekabr, 2025
Tarix: 28 Dec 2025 11:23
Gələcəkdə təkcə Bakıdan yeni idxalın deyil, həm də erməni məhsullarının Azərbaycana ixracının mümkün ola biləcəyi bildirilib.
APA xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan açıqlama verib.
“Hazırda biz “Georgian Railways” şirkətindən tranzit üçün kifayət qədər qabiliyyətli qiymət əldə etmişik. Düşünürəm ki, həm Gürcüstan, həm də Azərbaycan növbəti uğurlu razılaşma barədə məlumat verəcək”, – deyə Papoyan jurnalistlərlə Qarni kəndində söhbəti zamanı bildirib.
Nazirin sözlərinə görə, Ermənistan Azərbaycana alüminium, folqa, meyvə və tərəvəz, bəzi növ içkilər, eləcə də müxtəlif növ tekstil məhsulları ixrac edə bilər. Papoyan əlavə edib ki, aparılmış araşdırma nəticəsində Ermənistanın ixrac etdiyi, Azərbaycanın isə idxal etdiyi məhsulların mövcud olduğu müəyyən edilib.
Ermənistan Azərbaycan iqtisadi əməkdaşlıq ticarət ixrac idxal tranzit Gürcüstan dəmir yolları Gevork Papoyan regional iqtisadiyyat