Rusiya və Ukrayna arasında Zaporojye AES-də atəşkəs elan edilib

Tarix: 28 Dec 2025 15:38

Rusiya və Ukrayna arasında Zaporojye AES-də atəşkəs elan edilib.

APA-nın Moskva bürosu Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baç direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, atəşkəslə bağlı razılıq elektrik xətlərinin təmiri üçün əldə edilib.

Bildirilib ki, ərazidə atəşkəs bir neçə gün davam edəcək.

Fərid Əkbərov

Xəbər Lenti