Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı azalıb

Tarix: 08 Jan 2024 18:23

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi 11 nəfərdən 9 nəfərə endirilir. Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsi də kollegiyanın tərkibindən çıxarılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 oktyabr 2023-cü il tarixində imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliklə Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Xəbər Lenti