Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 00:34
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan yanacağı əldə etmək üçün növbələr olduğu barədə məlumat əldə etdiyini deyib.
APA xəbər verir ki, Mirzoyan bu barədə mətbuata açıqlaması zamanı danışıb.
"Sülh bərqərar olub, əməkdaşlıq cəhdləri var. Amma bu, bütün lazımi addımları atdığımız anlamına gəlmir. Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir. İnanıram ki, sülhün təsis edilməsi yolu ilə nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir kənara qoysaq, təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, bu cür ssenarilər bir o qədər real olacaq", - Mirzoyan deyib.