At qəzaya səbəb oldu - Sürücü xəsarət aldı

Tarix: 09 Jan 2024 00:13

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Səbuhi Ceyhun oğlu Adıyev idarə etdiyi “Khodro Runo” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub.

Nəticədə at ölüb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Xəbər Lenti