Fon der Leyen Tramp və Zelenski ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb

Tarix: 29 Dec 2025 04:52

“ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski ilə Avropa liderləri arasında videokonfrans vasitəsilə baş tutan bir saatlıq görüş təhlükəsizlik zəmanətlərinə yönəldi və yaxşı irəliləyiş əldə edildi”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen danışıqlardan sonra öz “X” hesabında yazıb.

"Prezident Tramp və Zelenski ilə bir saat davam edən yaxşı söhbətimiz oldu. Bir neçə Avropa lideri orada iştirak etdi və gələcək sülh danışıqlarını müzakirə etdi. Yaxşı irəliləyiş əldə edilib. Avropa bunu möhkəmləndirmək üçün tərəfdaşları ilə işləməyə hazırdır", - Avropa Komissiyasının prezidenti yazıb.

Xəbər Lenti