Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 08:45
Qırğızıstan prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.
APA xəbər verir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat verib.
"Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda deyilir.
Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.