KİV: İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları üzərində işləyir

Tarix: 29 Dec 2025 10:28

İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları istehsal etməyə çalışır.

APA xəbər verir ki, bu barədə anonim mənbə “Iran International”a danışıb.

Mənbə bildirib ki, rəsmi Tehran regional gərginlik, eləcə də ABŞ və İsraillə yenidən qarşıdurma ehtimalını nəzərə alaraq son aylarda bu istiqamətdə səyləri artırıb.

Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə İranın ballistik raket proqramı barədə müzakirə aparılması gözlənilir.

Toğrul Quluzadə İran ballistik raketlər raket başlıqları

Xəbər Lenti