Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 10:13
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.
FHN Şuşa yolların buz bağlaması