Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 29 Dec 2025 11:02
Gürcüstanda “Qırmızı Körpü” sərhəd sektorunun “Sadaxlı” mühafizə bölməsində xarici ölkə vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.
İstintaqla 1992-ci il təvəllüdlü həmin şəxsin sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Ermənistandan Gürcüstana dövlət sərhədini qanunsuz keçərək daxil olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə əcnəbinin Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlara başlanılıb.
Cəmilə Babayeva Ermənistan GürcüstanMənbə: apa.az