Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 14:42
İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 621 460 000,00 manat məbləğində təsdiq edilib. APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Fərmanında əksini tapıb. Fərmana əsasən, bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır: - icbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 1 976 000 000,00 manat; - icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən (qalığından) 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 645 460 000,00 manat.
Firuzə Vahid icbari sığorta fond