EBRD-nin manat istiqrazları üzrə ilk kupon ödənişi ediləcək

Tarix: 29 Dec 2025 16:16

Yanvarın 5-də Milli Depozit Mərkəzi tərəfindən (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.

Bu barədə "APA-Economics"ə MDM-dən bildirilib. Qeyd edilib ki, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 min AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutub.

Rahim Tarıverdiyev EBRD AYİB istiqraz MDM

Xəbər Lenti