8000-dən çox şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib

Tarix: 09 Jan 2024 12:20

2023-cü ildə 8370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli brifinqdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu rəqəm 3734, 2022-ci ildə isə 6333 olub.

Xəbər Lenti