Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 17:13
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov qəza xəsarət yol