Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 20:29
Dünya Bankı ilk dəfə Azərbaycanı “Business Ready – 2025” (“B-Ready”) hesabatı çərçivəsində qiymətləndirib.
“APA-Economics”in Dünya Bankına istinadən verdiyi xəbərə görə, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi üzrə təhlil olunub.
Azərbaycan normativ-hüquqi baza üzrə 71,9 balla 32-ci, dövlət xidmətləri üzrə 62,7 balla 40-cı, əməliyyat səmərəliliyi üzrə isə 63,3 balla 42-ci yerdə qərarlaşıb.
Ən yüksək nəticələr müəssisələrin yaradılması, maliyyə və kommunal xidmətlər sahələrində qeydə alınıb. Bazar rəqabəti və biznesin iflası isə ən problemli istiqamətlər kimi göstərilib.
Qeyd olunub ki, əvvəlki “Doing Business”dən fərqli olaraq, “B-Ready” hesabatında ümumi reytinq mövqeləri əsas götürülmür.
Dünya Bankı 2026-cı ildə qiymətləndirilən ölkələrin sayını 180-ə çatdırmağı planlaşdırır.
Rahim Tarıverdiyev