Ermənistanda müxalif partiyanın iki nümayəndəsi saxlanılıb

Tarix: 30 Dec 2025 09:49

Ötən gecə Ermənistanda müxalif “Vətən” partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Vaqarşapatda həmin partiyanın digər nümayəndəsi – Aram Koçaryanın da saxlanıldığı məlum olub.

Bu barədə siyasi qüvvənin mətbuat katibi Ripsime Arakelyan sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, “Vətən” partiyasına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Artur Vanetsyan rəhbərlik edir. Artur Vanetsyan 2019-cu ilin sentyabrında Ermənistan MTX-nın direktoru vəzifəsindən azad edildikdən sonra Paşinyan hakimiyyətinə qarşı müxalifətə keçib.

2020-ci ildə “Vətən” partiyasını təsis edib.

Xəbər Lenti