Cümə axşamı, 26 Mart, 2026
Tarix: 09 Jan 2024 17:24
Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
MSK sədri qeyd edib ki, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
***
O, eyni zamanda bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını da açıqlayıb. Qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.
Zaur Mirzə