Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 15:02
Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilmə müddəti uzadılıb.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi qərarında əksini tapıb.
TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31 dekabr 2025-ci ildə başa çatırdı. Bu müddət 31 dekabr 2026-cı ilədək uzadılıb.
Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün güzəştli aksiz dərəcəsinin müddəti də 31 dekabr 2026-cı ilədək uzadılıb. Başqa sözlə, 1 ton üçün 80 manat deyil, 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Firuzə Vahid Reaktiv mühərriklər yanacaq gömrük rüsumu aksiz