Yeni agentlik dövlət müəssisələrinin mənfəətindən dividendlərin ödənilməsinə nəzarət edəcək

Tarix: 30 Dec 2025 16:37

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək.

“APA-Economics” xəbər verir ki, bu, Agentliyin Nizamnaməsində öz əksini tapıb.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirmək və icra göstəricilərini təhlil etmək;

- dövlət müəssisələrinin xalis mənfəətindən dövlət büdcəsinə dividendlərin ödənilməsinə nəzarəti həyata keçirmək;

- dövlət müəssisələrinin maliyyə və digər risklərini müəyyən etmək və bu risklərin dövlət maliyyəsinə təsiri potensialını qiymətləndirmək, dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək;

- dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsait üzrə büdcə proqnozunun tərtibində iştirak etmək;

- Prezidentin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Şükran Məmmədov Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi

Xəbər Lenti