Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - FOTO

Tarix: 30 Dec 2025 20:08

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada — Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Xəbər Lenti