Kahramanmaraşda yenə zəlzələ oldu

Tarix: 09 Jan 2024 23:55

Türkiyənin Kahramanmaraş vilayətinin Nurhak rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraşın Nurhak rayonunda yerli saatla 22.20-də 4,1 bal gücündə zəlzələ olub.

Məlumata görə, episentri Nurhak rayonunda olan zəlzələ 6,97 kilometr dərinlikdə baş verib.

Xəbər Lenti