İspaniya bəzi yerlərdə məcburi maska taxılmasını tətbiq edəcək

Tarix: 09 Jan 2024 23:51

İspaniya hökuməti xəstəxanalarda və tibb müəssisələrində maskaların məcburi taxılmasını tətbiq edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu tədbir çərşənbə günü qüvvəyə minəcək.

Səlahiyyətlilər bu addımı qrip, COVID-19 və digər respirator xəstəliklərə yoluxma hallarının kəskin artması səbəbindən atıb.

İspaniyanın Səhiyyə naziri Monica Qarsia bunun “effektiv, sağlam düşüncəli bir tədbir” olduğunu deyib:

“Bu, həm xəstələri, həm də tibb işçilərini qoruyacaq”.

Xəbər Lenti