Avropa Parlamenti Orbanı Aİ Şurasında səsvermə hüququndan məhrum etməyi təklif edib

Tarix: 09 Jan 2024 23:47

Avropa Parlamenti Macarıstanın Baş naziri Viktor Orbanı Aİ Şurasında səsvermə hüququndan məhrum etmək üçün petisiyaya başlayıb.

APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Avropa Parlamentinin üzvü Petri Sarvamaaya istinadən məlumat yayıb.

“Bu, Macarıstanla bağlı indiyə qədər gördüyümüz hər şeydən qəti şəkildə fərqlənir - Aİ Müqaviləsinin 7(2) maddəsində nəzərdə tutulan prosedur heç vaxt başlanmayıb”, - bəyanatda deyilir.

Deputat vurğulayıb ki, Aİ-də qərar qəbuletmə mexanizmi Viktor Orbana görə çətinliklə üzləşib.

"İndi və ya heç vaxt. Yeganə yol Orbanı Şurada səsvermə hüququndan məhrum etməkdir”.

Xəbər Lenti