Ekvador Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırdı

Tarix: 10 Jan 2024 04:06

Ekvador Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.

Daniel Noboa bildirib ki, buna səbəb quldur dəstələrinə qarşı tədbirlər hazırlamaqdır:

“Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik”.

Xatırladaq ki, Ekvadorda ötən gün silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

Xəbər Lenti