Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 12:26
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Müsüslü kənd yolunda baş verib.
Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov Ucar qəza




