Ucarda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-1

Tarix: 31 Dec 2025 13:42

Ucarda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, qəza nəticəsində rayonun Yuxarı Şilyan kənd sakinləri- 1984- ci il təvəllüdlü Ümüdvar Təyyar oğlu Mahmudov, 1996- cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və 1964- ci il təvəllüdlü Xatirə Əmrah qızı Mahmudova xəsarət alıb.

Qəzada yüngül xəsarət alan 1 nəfər kişi cinsli şəxsə isə ilkin yardım edildikdən sonra evə buraxılıb.

***

saat 12.26

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Yuxarı Şilyan kənd yolunda baş verib.

Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov Ucar qəza

Xəbər Lenti