Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb

Tarix: 31 Dec 2025 14:03

Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nağıyeva Təranə Hümbət qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sənan Bəhrəmli Bakı dəm qazı

Xəbər Lenti