Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 20:34
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Müraciət əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu təxminən 5 metr dərinliyi olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə zərərçəkəni quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.