Cənubi Koreyada it ətinin istehlakı qadağan edildi

Tarix: 10.01.2024 15:58

Cənubi Koreyada 2027-ci ildən it ətinin istehsalı və satışı qadağan ediləcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamenti bununla bağlı qərar qəbul edib. 

Bununla da, Cənubi Koreyada əsrlər boyu tətbiq olunan bu təcrübəyə son qoyulacaq. 

208 deputat qanunun lehinə səs verib, daha 2 nəfər isə bitərəf qalıb. Məlumata görə, itin öldürülməsinə görə 3 il müddətinə azadlıqdan məhrumetmə və yaxud 30 milyon von (20 800 avro) dəyərində cərimə nəzərdə tutulacaq. Ətindən istifadə üçün itlərin yetişdirilməsi ilə məşğul olan şəxsləri isə 2 il həbs cəzası və yaxud 20 milyon von cərimə gözləyəcək. 

Xəbər Lenti