Rusiya və Türkiyə prezidentləri görüşəcəklər

Tarix: 10 Jan 2024 19:07

Rusiya və Türkiyə prezidentləri arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi hələ seçilməyib: "Görüş diplomatik kanallarla razılaşdırılacaq".

Peskov vurğulayıb ki, Putin və Ərdoğan arasında daimi ünsiyyətə ehtiyac var, lazım gəldiyi təqdirdə, liderlər telefonla çox tez zəngləşə bilirlər.

Xəbər Lenti