Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 12:05
Ağsuda qətl hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, Dekabrın 31-də saat 23 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əhmədov