Yaponiyada AES-də sızma aşkarlandı

Tarix: 11 Jan 2024 00:37

Yaponiyada 1-5 yanvar tarixləri arasında baş verən çoxsaylı zəlzələlərdən sonra “Sika” Atom Elektrik Stansiyasından (AES) dənizə yeni neft sızması aşkar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Atom Elektrik Stansiyasını idarə edən “Tohoku Electric Power” şirkəti stansiyanın yaxınlığında dəniz səthində 100x30 metr ölçüdə neft ləkəsi aşkar edib. Bu təbəqənin zəlzələ zamanı AES-in ikinci blokunda transformatorda baş vermiş sızmanın nəticəsi olduğu təxmin edilir.

Qeyd edilib ki, ölçmələr AES-dən kənarda fon radiasiyasında heç bir dəyişiklik olmadığını aşkar edib.

Yanvarın 7-də də analoji təbəqə aşkarlanıb və birinci təbəqənin 5x10 ölçüdə olduğu bildirilib.

Yanvarın 1-də Noto yarımadasında baş verən zəlzələ zamanı Sika Atom Elektrik Stansiyasında 5 bal gücündə zəlzələ hiss olunub. Zəlzələdən sonra elektrik stansiyasını 3 metr hündürlüyündə sunami vurub. Nəticədə stansiyanın 1-ci və 2-ci blokunda iki transformatorda borular partlayıb, izolyasiya və soyutma işlərində istifadə olunan yağ sızıb.

Şirkət əvvəlcə 3500 litr yağın sızdığını açıqlasa da, sonradan bu rəqəmin 5 dəfə çox, 19800 litr olduğu üzə çıxıb. Açıqlamada bu sızmanın stansiyanın təhlükəsizliyinə təhlükə yaratmadığı və radiasiya fonunun normal səviyyədə olduğu bildirilib.

Xəbər Lenti