Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 11 Jan 2024 01:10
Pakistanın Hayber Paxtunxva əyalətində deputatlığa namizəd Malik Kelimullah və onun 2 mühafizəçisi silahlı hücum nəticəsində həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kəlimullahın maşınına silahlı hücum edib.
Səlahiyyətlilər, M. Kəlimullah və 2 mühafizəçisinin həyatını itirdiyini açıqlayıb.
O, Şimali Vəziristan bölgəsindən parlamentə müstəqil namizəd idi.
Xəsarət alan Buledi xəstəxanaya aparılıb. Bəlucistandakı müvəqqəti hökumətin Baş naziri Əli Mərdan Domki hücumu qətiyyətlə pisləyib və əyalətdəki bütün deputat namizədlərinə yüksək səviyyəli mühafizənin təmin edilməsi barədə göstəriş verib.