Ədalət Məhkəməsi İsrailin əməllərini tərəziyə qoyacaq

Tarix: 11 Jan 2024 01:25

Bu gün İsrailin Qəzzadakı əməlləri Beynəlxalq Ədalət Məhkəməsində tərəziyə qoyulacaq.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) İsraili oktyabrın 7-dən bəri Qəzzada fələstinliləri “soyqırım”a məruz buraxmaqda ittiham etmişdi.

Belə ki, CAR dekabrın 29-da İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə bağlı BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması”na dair 1948-ci il konvensiyasını pozduğunu əsas gətirərək Ədalət Məhkəməsində iddia qaldırıb və İsrail üçün tədbir görmək qərarı tələb etmişdi.

Bu gün Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsində “Soyqırım işi”nin ilk iclası keçiriləcək.

Qeyd edək ki, Soyqırım Konvensiyasının 9-cu maddəsinə əsasən, əgər dövlət konvensiyanın maddələrini pozarsa, konvensiyanın iştirakçısı olan istənilən dövlətin onu pozan dövlətə qarşı İCJ-də iddia qaldırmaq haqqı var.

Təcili tələb olunan hallarda Beynəlxalq Ədalət Məhkəməsi göstəriş verə və məhkəmə prosesi başa çatana qədər sözügedən pozuntuların dayandırılması barədə göstəriş verə bilər.

Xatırladaq ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olan 23 mindən çox fələstinli həyatını itirib.

Telli Minbir

Xəbər Lenti