Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 11 Jan 2024 01:22
Moldovanın fövqəladə və səlahiyyətli səfiri Lilian Dariy yanvarın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik səfirə Moldovanın Ukrayna Silahlı Qüvvələrinin təliminə yardım etmək planlarının qəbuledilməz olduğunu bildirib.
Rusiya XİN xatırladıb ki, Kişinyovun hərəkətləri Moldovanın neytral statusunu pozur və hərbi əməliyyatlarda iştiraka gətirib çıxarır.