Bakıda güclü külək nəticəsində 9 ağac sınıb

Tarix: 02 Jan 2026 12:22

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən APA-ya verilən məlumata görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.

Bakı külək sınan ağac

Xəbər Lenti