“Titanik”in menyusu bu qiymətə satıldı

Tarix: 14.11.2023 01:15

“Titanik” gəmisində birinci dərəcəli sərnişinlər üçün axşam yeməyi menyusu hərracda 84 min funta (175 min AZN) satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Belə ki, 1912-ci il aprelin 11-də axşam yeməyində istiridyə, mal əti, quzu əti və mallard ördəyi verilib.

Həmçinin, hərraca çıxarılan digər əşyalar arasında ikinci dərəcəli "Titanik" sərnişini Sinai Kantora məxsus İsveçrə istehsalı cib saatı da var idi. O 97.000 funta (202 min AZN) satılıb.

Bundan əlavə, sərnişinlərin xilas edilməsi zamanı istifadə oluna bilən birinci dərəcəli tartan naxışlı göyərtə yorğanı da 96.000 funta (200 min AZN) satılıb.

Qeyd edək ki, 14 aprel 1912-ci ildə "Titanik" gəmisinin Atlantik Okeanında aysberqə çırpılması və qayığın batması nəticəsində 1500-dən çox insan həlak oldu.

Xəbər Lenti