Əhali tərəfindən 11 ayda 1.9 mlrd. dollarlıq məhsul idxal edilib

Tarix: 02 Jan 2026 14:08

2025-ci ilin yanvar-noyabr ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.6% artaraq 1 milyard 949.8 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9.20%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 132.3 milyon ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,56%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.5% azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 23.4 milyard ABŞ dolları, idxalı isə 21.2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsi ilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

Şükran Məmmədov Əhali tərəfindən ixrac Fiziki şəxslər tərəfindən ixrac idxal

Xəbər Lenti