Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 15:35
Ucarda iki gün öncə baş verən qəzada xəsarət alanlardan biri ölüb.
APA- nın yerli bürosunun xəbərinə görə, xəstəxanada ölən şəxs 1964-ci il təvəllüdlü Xatirə Əmrah qızı Mahmudovadır.
Qeyd edək ki, hadisə Ucar rayonunu Yuxarı Şilyan kənd yolunda baş verib. İki minik maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Zahid Abışov Ucar xəstəxana ölüm