Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 16:06
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə BƏƏ dəstəkli Cənubi Keçid Hökumətinin qüvvələrinə hava hücumu nəticəsində 7 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.
APA “THE TIMES OF ISRAEL” ə istinadən xəbər verir ki, hava zərbələri Əl-Xasah adlanan bölgədə yerləşən düşərgəni hədəfə alıb.
Qeyd edək ki, Yəməndə Cənubi Keçid Hökumətini dəstəkləyən BƏƏ bir neçə gün əvvəl bu ölkədə hərbi mövcudluğunu dayandırdığını elan edib.
Toğrul Quluzadə Səudiyyə Ərəbistanı BƏƏ Yəmən Cənubi Keçid Hökuməti