Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 15:47
Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanova Ukrayna Prezident Ofisinin rəhbəri olmaq təklif olunub.
APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında Budanova belə bir təklif etdiyini deyib.
“Mən Kiril Budanovla görüşdüm və ona Prezident Ofisinin rəhbəri vəzifəsini təklif etdim. Belə bir zamanda, Ukrayna təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də diplomatiyaya daha çox diqqət ayırmalıdır. Prezident Ofisinin rəhbəri də əsasən bu tapşırıqların icrasına xidmət edəcək”, - Zelenski bildirib.
O vurğulayıb ki, eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi, eləcə də digər zəruri rəhbərlər və institutlarla qarşılıqlı əlaqədə Prezident Ofisinin yeni rəhbərinə dövlətin müdafiə və inkişafının strateji əsaslarını, həmçinin növbəti addımları yeniləyib təsdiqə təqdim etməyi tapşırıb.
Kirill Budanov Ukrayna Prezident Ofisinin rəhbəri təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.
Toğrul Quluzadə Ukrayna Zelenski Budanov