Gəncədə doqquzmərtəbəli binada yanğın olub - FOTO

Gəncədə doqquzmərtəbəli binada yanğın olub - FOTO

Tarix: 02 Jan 2026 18:08

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki sözü gedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fuad Nazimoğlu Gəncə bina yanğın
Gəncədə doqquzmərtəbəli binada yanğın olub - FOTO
Gəncədə doqquzmərtəbəli binada yanğın olub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti