Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 20:12
Xarkovda yaşayış binasına endirilən ballistik zərbədən sonra yaralıların sayı kəskin artıb.
APA "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov “Telegram” kanalında məlumat paylaşıb.
Şəhər rəhbərinin son açıqlamasına görə, Xarkovun Kiyev rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində 30 nəfər yaralanıb.
“Hazırda 30 yaralının olduğu məlumdur”, – deyə İqor Terexov bildirib. *** 18:13 Rusiya ordusu Xarkova raket zərbəsi endirib, nəticədə 16 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.
O bildirib ki, hazırda əlaqədar qurumlar ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirir.
Xarkovun meri İqor Terexov isə bildirib ki, raket hücumu yaşayış binasını hədəfə alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
https://t.me/apa_az/111347Toğrul Quluzadə Ukrayna Rusiya Siviridenko Xarkov