Şənbə, 3 Yanvar, 2026
Tarix: 02 Jan 2026 20:47
ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları hüquq-mühafizə orqanlarındakı tərəfdaşları ilə birgə Şimali Karolina ştatında Yeni il ərəfəsində planlaşdırılan potensial terror aktının qarşısını alıblar. APA xəbər verir ki, bu barədə FTB-nin Şarlot şəhərindəki bölməsi məlumat yayıb.
İstintaq materiallarına əsasən, şübhəli şəxs İŞİD ideologiyasının birbaşa təsiri altında hərəkət edib. FTB qeyd edib ki, “subyekt İŞİD tərəfindən birbaşa ilhamlandırılıb”.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.